"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat” (Qazaxıstan) ilə oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun "Facebook" səhifəsi məlumat yayıb.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Bizim.Media