“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Kayrat” Ağdam təmsilçisi ilə matç öncəsi bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda baş məşqçi Kurban Berdiyevlə futbolçular arasında qalmaqal yaşanması ilə bağlı yayılan xəbərlərin yalan olduğu bildirilib:
“Həm futbolçular, həm də rəhbərlik Kurban Berdiyevə dəstəyini davam etdirir. Komanda qarşıdakı vacib oyunlara hazırlaşır. Kollektiv ilk olaraq sabah “Aktobe” ilə də keçiriləcək matça köklənib”.
Qeyd edək ki, oktyabrın 21-i keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlayacaq.
Bizim.Media