Oktyabrın 3-də futbol üzrə İspaniya La Liqasının 8-ci turunun növbəti oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, “Kornelya” stadionunda keçirilən görüşdə “Espanyol” klubu “Real Madrid” komandasını qəbul edib.
Gərgin keçən görüş gözlənilmədən meydan sahiblərinin xeyrinə başa çatıb - 2:1.
“Espanyol”un heyətində Raul de Tomas (17), Aleix Vidal (60), “Real Madrid”də isə Kərim Benzema (71) fərqləniblər.
Qələbə sayəsində xallarının sayını 9-a çatdıran "Espanyol" onuncu pilləyə yüksəlib. "Real Madrid" məğlub olmağına baxmayaraq, 17 xalla La Liqanın lideridir.
Bizim.Media