Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçiriləcək.
Bizim.Media-nın məlumatına görə, hər iki qarşılaşma paytaxtda baş tutacaq.
Günün ilk görüşündə autsayderlər - "Keşlə" və "Sabah" münasibətlərinə "ASK Arena"da aydınlıq gətirəcəklər. Görüş saat 17:00-da başlayacaq.
“Sabah” son 9 matçda qələbə qazanmayıb. Son üç görüş heç-heçə başa çatıb.
Günün son oyununda "Neftçi" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu oyun isə saat 19:15-də start götürəcək.
“Neftçi” ardıcıl 4 oyunda qələbə qazanıb. “Səbail” isə son 8 matçda qalib gələ bilməyib.
Bizim.Media