Futbol üzrə İngiltərə Premyer Liqasının oyunları İctimai TV-də yayımlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə kanalın idman aparıcısı Fəridə Abdulla paylaşım edib.
O bildirib ki, bu həftənin şənbə günü oktyabrın 2-si saat 15:30-da başlayacaq “Mançester Yunayted” – “Everton” oyunu, bazar günü saat 19:30-dan başlayaraq “Liverpul”-“Mançester Siti” oyununu İctimai Televiziya vasitəsilə canlı izləmək mümkün olacaq.
Bizim.Media