"Neftçi" klubunun və Azərbaycan milli komandasının keçmiş futbolçusu Vladislav Lemiş vəfat edib.
Bizim.Media-nın məlumatına görə, sabiq hücumçu 51 yaşında ikən dünyasını dəyişib.
Bakıda "Əmək ehtiyatları" futbol məktəbinin yetirməsi olmuş Lemiş "Neftçi"nin heyətində 1988-1989-cu illərdə çıxış edib.
O 1994-cü ildə Azərbaycan millisində 1 görüş keçirib. Lemiş karyerasını başa vurduqdan sonra Krasnodarda yaşayıb.
Bizim.Media