"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Bizim.Media-nın məlumatına görə, Ağdam təmsilçisi II turda Kiprdə "Omoniya"nın qonağı olacaq.
Nikosiyadakı GSP stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü FIFA referisi Bobbi Maddenin rəhbərliyi altında Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ”ın heyətində İsmayıl İbrahimli, zədədən sonra məşqlərə yenicə başlayan Bədavi Hüseynovla Elvin Cəfərquliyev və əməliyyat olunan Xayme Romero meydana çıxa bilməyəcək.
Xatırladaq ki, "Qarabağ" I turda Bakıda İsveçrə "Bazel"i ilə heç-heçə edib.
Bizim.Media