Azərbaycan 1-ci divizionunda 3-cü tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.
"Kəpəz" öz meydanında "Qarabağ-2" ilə qarşılaşıb.
Qonaqlar ilk hissədə 2 qol vursa da, "Kəpəz" ikinci yarıda rəqib qapısından 4 top keçirərək əzmkar qələbə qazanıb. 4:2 hesabı ilə qalib gəlib. Son çempion "Neftçi-2" isə "Qaradağ Lökbatan"a uduzub - 0:4.
Bizim.Media