Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun oyunu üçün komandanın heyətini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı klubun mətbuat xidməti yayıb.
Mənbə yazır ki, zədədən sağalan argentinalı hücumçu Lionel Messi və italiyalı yarımmüdafiəçi Marko Verratti də siyahıda yer alıb.
PSJ - "Mançester Siti" görüşü sentyabrın 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media