Azərbaycanın qadın şahmatçılardan ibarət yığması İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı ilk görüşündə Hindistanla qarşılaşıb. İlk turda Z.Məmmədyarova istirahət edib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan yığması II turda Ermənistanla üz-üzə gələcək.
Bizim.Media