AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Bizim.Media federasiyanın saytına istinadən xəbər verir ki, toplantıda Premyer Liqanın III turunda baş verənlər barədə qərarlar verilib.
“Zirə” ilə görüşdə “Keşlə”nin futbolçusu Abanq Anatole “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub isə 2400 manat cərimə olunub.
“Qəbələ” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” 800 manat cərimə olunub. Eyni cəza “Qarabağ”a uduzan “Neftçi”yə də verilib.
İntizam Komitəsi “Neftçi” və “Qarabağ” klublarına ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi barədə xəbərdarlıq edib.
Bizim.Media