FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi 5 pillə geriləyərək 1158 xalla 117-ci sırada qərarlaşıb.
Reytinqin ilk 3 pilləsində Belçika (1832), Braziliya (1811) və İngiltərə (1755) qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi son olaraq seçmə mərhələdə Lüksemburqa 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzub. Komanda İrlandiya ilə heç-heçə edib - 1:1.
Bizim.Media