"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.
Bizim.Media xəbər verir ki, Ağdam klubu Bakı Olimpiya Stadionunda “Bazel”lə (İsveçrə) keçiriləcək oyunla bağlı azarkeşlərinə müraciət edərək onları komandaya dəstək olmağa çağırıb.
Stadiona çiyin çantaları, çəkiliş avadanlıqları, noutbukla gəlməmək tələb olunur.
Şəxsi avtomobilləri ilə oyuna gəlmək istəyənlər Bakı Olimpiya Stadionunun Heydər Əliyev prospektində yerləşən parkinqindən (SOCAR YDM-dən sonra, P4) istifadə edə bilərlər.
Bizim.Media