"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.
Bizim.Media-nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı ilk sınağında İsveçrə "Bazel"ini qəbul edəcək.
Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Ağdam təmsilçisinin heyətində zədəli müdafiəçilər Bədavi Hüseynov, Elçin Cəfərquliyev və zədəsini yeni sağaldan Rahil Məmmədov oynamayacaq.
Bu qrupun digər görüşündə "Kayrat" Qazaxıstanda Kipr "Omoniya"sı ilə üz-üzə gələcək.
Bizim.Media