İngitərənin "Mançester Yunayted" komandasının portuqal hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında matçların sayı üzrə rekordu təkrarlayıb.
Bizim.Media xəbər verir ki, 36 yaşlı hücumçu İsveçrənin "Yanq Boyz" komandasına qarşı qrup mərhələsinin birinci turunun səfər matçında meydançaya start heyətdə çıxıb.
Bu, onun Çempionlar Liqasında 177-ci oyunu olub. Ronaldo qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açaraq turnirdə 135-ci qolunu vurub. O, bu göstərici üzrə rekorda imza atıb.
Ronaldo Avropanın futbol üzrə əsas yarışında keçirdiyi matçların sayına görə İspaniyanın "Real Madrid" komandasının keçmiş qapıçısı İker Kasilyasla bərabər olub.
Bizim.Media