FIFA 2022 kompüter oyununun ən yüksək reytinqli futbolçusu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Fransanın PSJ klubunun hücumçusu Lionel Messi hamını qabaqlayıb.
Onun simulyatordakı reytinqi 93 olub. İkinci ən yüksək göstərici (92) Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovskiyə məxsusdur.
İlk "3-lüy"ü İngiltərənin "Mançester Yunayted" komandasının yeni transferi Kriştiano Ronaldo tamamlayır - 91.
Bizim.Media