Fransanın "Strasburq" komandasının futbolçusu Dimitri Lienar "Lion"a qarşı keçirdikləri Liqa 1-in V tur oyunu zamanı qəfildən yerə yıxılıb.
Bizim.Media xəbər verir ki görüşün sonlarında huşunu itirən 33 yaşlı yarımmüdafiəçi meydanı xərəkdə tərk edib.
Lienarın komanda yoldaşı Aleksandr Djiku onun durumunun yaxşı olduğunu bildirib.
Qeyd edək ki, qarşılaşma "Lion"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media