Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, o, 80 yaşında vəfat edib.
Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın (“Neftçi”) heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.
Keçmiş müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.
Babayev 1963 - 1971-ci illərdə flaqmanın formasını geyinib.
Bizim.Media
