“Mançester Yunayted”in yeni transferi Kriştiano Ronaldo dönüşünü qeyd edib.
Bizim.Media xəbər verir ki, portuqaliyalı superulduz İngiltərə Premyer Liqasının IV turunda keçirilən “Nyukasl”la oyunda buna nail olub.
Belə ki, sözügedən görüşdə “qırmızı şeytanlar”ın start heyətində meydana çıxan 36 yaşlı forvard 12 ildən sonra yenidən “Mançester Yunayted”in formasını geyinib.
Qeyd edək ki, Kriştiano Ronaldo 2003-2009-cu illərdə də “Mançester Yunayted”də çıxış edib.
Bizim.Media