Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında yarış vaxtı zalda işıq sönüb.
Bizim.Media xəbər verir ki, hadisə "Ak Bars Arena"da cüdo üzrə komanda mübarizəsində Azərbaycan və Özbəkistan arasındakı final görüşünə təsadüf edib.
Lakin, tezliklə generator işə düşüb və bir müddət sonra zalın işıqları tam bərpa olunub. Qeyd edək ki, Azərbaycan Özbəkistana 3:5 hesabı ilə uduzaraq, gümüş medala sahib olub.
Bizim.Media