Fransanın “Olimpik” (Lion) klubunun yeni transferi Jerom Boatenqin məhkəməsi keçirilib.
Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunan 33 yaşlı müdafiəçi 1.8 milyon avro cərimələnib.
Xatırladaq ki, 2010-2021-ci illərdə “Bayern”də çıxış edən Boatenq Almaniya millisində 76 oyun keçirib. Müdafiəçi bir neçə gün əvvəl Fransanın “Olimpik” (Lion) klubuna transfer olunub.
Bizim.Media