Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və Xarkov "Metallist"inin sabiq müdafiəçisi Denis Barvinko dünyasını dəyişib.
Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşında vəfat edən oyunçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, 2011 - 2014-cü illərdə "Metallist"in formasını geyinən Barvinko bu komandanın heyətində Ukrayna Premyer Liqasında 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
O, həmçinin Avropa Liqasında 1, Ukrayna Kubokunda isə 3 görüşdə meydana çıxıb.
Bizim.Media