Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarının səkkizinci gününü komandamız yeddi medalla başa vurub.
Bizim.Media xəbər verir ki, cüdoçularımız qazandıqları bu medalların 2-si qızıl, 1-i gümüş, 4-ü bürüncdür.
Belə ki, Səbinə Əliyeva (52 kq) və Əhməd Yusifov (60 kq) bütün rəqiblərini məğlub edərək çempion olublar.
Rövşən Əliyev (60 kq) gümüş, Camal Feyziyev (+100 kq), Şəfəq Həmidova (48 kq), Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medallara sahib olublar.
Bununla da komandamızın birinci MDB Oyunlarında qazandığı medalların sayı 46-ya çatıb. Medalların 13-ü qızıl, 10-u gümüş, 23-ü bürüncdür.
Bizim.Media