Futbol üzrə klublararası dünya çempionatı Yaponiya keçirilməyəcək.
Bizim.Media Yaponiya Futbol Assosiasiyasının (JFA) rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə koronavirusun yayılması səbəb olub.
JFA bu səbəbdən mundiala ev sahibliyindən imtina etmək qərarına gəlib. FIFA tezliklə yarışın harada keçiriləcəyini açıqlayacaq.
Qeyd edək ki, mundialın 9 - 19 dekabrda təşkli nəzərdə tutulub.
Bizim.Media