UEFA Konfrans Liqasının qrup mərhələsinin I turundakı "Qarabağ" - "Bazel" (İsveçrə) oyununun stadionu dəyişdirilib.
Bizim.Media xəbər verir ki, UEFA-nın matç daha əvvəl nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda deyil, Bakı Olimpiya Stadionunda oynanılacağına qərar verib.
Məkan dəyişikliyinə səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.
Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.
Bizim.Media