Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra üzr istəyib.
Bizim.Media xəbər verir ki, 26 yaşlı qolkiper "İnstagram" hesabından paylaşım edərək "Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir.
Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik" yazıb.
Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media