UEFA "Qarabağ" ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov haqqında intizam işi barədə qərarı açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın saytından məlumat yayılıb.
Məlumata görə, Nurlan İbrahimovun ömürlük futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verilib.
Buna klub nümayəndəsinin özünün Facebook səhifəsində ermənilərlə bağlı çağırış yayması səbəb olub. Bundan başqa, “Qarabağ” 100 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.
Bizim.Media