Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş Portuqaliya yığmasının 0-3 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəqib komandanın qollarını Bernardu Silva, Andre Silva və Dioqo Jota millimizin qapısından keçirib.
Qeyd edək ki, 5 oyundan sonra aktivində cəmi 1 xal olan Azərbaycan millisi qrup sonuncusudur.
Bizim.Media