UEFA avrokubokların qrup mərhələsindən etibarən, qonaq azarkeşlərin stadiona buraxılmasına icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb.
Bildirilib ki, qitə futbol qurumu səfərdə oynayan komandaların azarkeşləri ilə bağlı qadağanı ləğv edib və onların rəqib meydanında komandalarını dəstəkləmələrinə icazə verib. Ancaq bu məsələdə son sözü yerli ölkələrin səlahiyyətli orqanları deyəcək.
Yəni yerli hökumət icazə verərsə, qonaq komandanın azarkeşləri stadionlara buraxılacaq.
Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında təmsil edən “Qarabağ” “Bazel” (İsveçrə), “Omoniya” (Kipr) və “Kayrat”la (Qazaxıstan) eyni qrupda mübarizə aparacaq.
Bizim.Media