Brazilyalı futbol əfsanəsi Pele xəstəxanaya yerləşdirilib.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, 80 yaşlı futbolçu bağırsağındakı şiş səbəbi ilə əməliyyat olunub.
Uğurlu keçən cərrahi müdaxilənin ardından Pelenin 1 həftə xəstəxanada qalacağı bildirilir.
Qeyd edək ki, 3 qat dünya çempionu olan Pele karyerası ərzində rəqib qapılarından mindən çox qol keçirib.
Bizim.Media