İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb.
Bu barədə Turin klubu məlumat yayıb.
Bizim.Media xəbər verir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb.
Məlumata görə, ona hələ 12 yaşında xərçəng diaqnozu qoyulub, amma Dodyen 2019-cu ildə meydançaya qayıda bilib və "Yuventus"un U15 komandasının heyətində çıxış edib.
Bizim.Media
