Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində V tura start verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi də A qrupunda 4-cü matçına çıxıb.
Yığmamız səfərdə İrlandiya yığması ilə qarşılaşıb. Dublində keçirilən matçda hesabı millimiz açıb. İlk hissənin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qol vurub.
İkinci hissədə təzyiqi artıran meydan sahibləri matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirib - 1:1. Oyun bu hesabla da başa çatıb.
Canni de Byazinin yetirmələri keçirdiyi 4 oyundan sonra 1 xalla qrupda sonuncu pillədə qərarlaşıb.
Bizim.Media