Azərbaycanın daha bir sərbəst güləşçisi Abubakr Abakarov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının qalibi olub.
Bizim.Media xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Bu, Azərbaycanın MDB Oyunlarında 5-ci qızıl medalıdır. Hazırda ölkənin aktivində 5 qızıl, 2 gümüş və 11 bürünc medal var.
Bizim.Media