Azərbaycan karateçisi Şahin Atamov sentyabrın 2-də “Karate Combat” turniri çərçivəsində ekvadorlu idmançı Franklin Lima ilə qarşılaşıb.
Bizim.Media xəbər verir ki, 84 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz rəqibi üzərində qələbə qazanmağı bacarıb.
Bununla da Şahin Atamov “Karate Combat” kəmərinə yiyələnməklə turnirin yeni çempionu olub.
Qeyd edək ki, tərəflər arasında son görüş 2020-ci ilin dekabrında baş tutub və qarşılaşma Ekvador idmançısının qələbəsi ilə başa çatıb.
Bizim.Media