"Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Artıq üçüncü qızıl medalımı əldə etdim".
Bizim.Media xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalı qazanan Azərbaycan para-üzgüçüsü Roman Saleh deyib.
100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bütün rəqiblərini qabaqlayan idmançı Tokio paralimpiadasındakı nəticələrimdən məmnun olduğunu bildirib:
"Hər şeyə görə çox sağ olun".
Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Salehin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.
Bizim.Media