Azərbaycanın Milli Paralimpiya Komandası Tokio Paralimpiadasında ilk gümüş medalını qazanıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Olimpiadanın rəsmi saytında yer alıb.
Mənbə yazır ki, Azərbaycanın atletika idman növü üzrə təmsilçisi Lamiyə Vəliyeva (T13) 100 metr kateqoriyasında 11.99 saniyə nəticə göstərərək gümüş medal qazanıb.
Bununla da yığmamız Tokio-2020-dəki medal sayını 15-ə çatdırıb. Digər mükafatlardan 10-u qızıl, 4-ü bürüncdür.
Bizim.Media
