Tokiodakı Atletlər kəndində xoşagəlməz hadisə baş verib.
Bizim.Media Reuters agentliyinə istinadən xəbər verir ki, sınaq məqsədilə əraziyə buraxılmış yeni nəsil elektrikli “e-Palette” şatlı paralimpiyaçını vurub.
Görmə əngəlli idmançının xəsarət almadığı bildirilib.
Qəzadan sonra mikroavtobusların Atletlər kəndindəki istismarı dayandırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media