PSJ-nin baş məşqçisi Maurisio Poçettino argentinalı superulduz Lionel Messinin debütünü dəyərləndirib.
Bizim.Media "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssis Fransa çempionatının 4-cü turu çərçivəsində "Reyms" üzərində qazandıqları səfər qələbəsindən (2:0) sonra belə danışıb:
"Leo yaxşı görünürdü. Amma o, hələ optimal formasından çox uzaqdır. Milli matçlarla əlaqədar yaranacaq fasilənin ardından yüksək səviyyədə oyun sərgiləyəcəyinə inanıram".
Bizim.Media