Futbolumuz yeni tarix astanasında: Favorit “Qarabağ”dır, yoxsa “Bazel”? - RƏYLƏR

Artıq "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.
Belə ki,  Ağdam təmsilçisi H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) ilə yaşıl sahədə öz gücünü sınayacaq.

Bizim.Media “Qarabağ”ın şanslarının necə dəyərləndirdikləri barədə futbol mütəxəssisləri ilə həmsöhbət olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO


"Qol.az" saytının redaktoru, əməkdar jurnalist Aydın Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, düşdüyü qrup “Qarabağ” üçün münasibdir. 

“Mənim fikrimcə, komandamızın buradan qrup ikincisi kimi ayrılmaq şansı var. Qrupda əsas favorit “Bazel”, güclü komandadır. “Kayrat” da hər zaman ənənəsi olan komanda olub. Keçmiş SSRİ-nin məşhur klublarından biri olub. Kipr komandası yenə də Azərbaycana rəqibdir. Onlarla oyunlar hər zaman “Qarabağ” üçün narahat keçir, məni bir az bu narahat edir. Ancaq digər tərəfdən sevincli hal odur ki, “Qarabağ”a ikinci mövsümdən ikinci nəfəs gəlib, yenilənib. Komanda hər oyundan oyuna inkişafa doğru gedir, yerli futbolçuların səviyyəsi artır,kluba  güclü legionerlər cəlb olunub. Düşünürəm ki, bunun sayəsində “Qarabağ” qrup ikincisi olub, növbəti mərhələyə vəsiqə qazanacaq və bununla da Azərbaycan futbol tarixini növbəti dəfə yenidən yazacaq”.

Futbol meneceri Səbuhi Səfiyarlı isə Bizim.Media-ya deyib ki, bu komandaların şansları eyni qiymətləndirildiyinə görə, demək olar ki, qrupda favorit yoxdur.

“Qrupda “Qarabağ” a əvvəldən arzuladığımız rəqiblər düşüb. Bu qrupda “Bazel” bəlkə bir az üstün sayıla bilər. Ancaq mənim fikrimcə, “Qarabağ” qrupda  olan komandaların heç birindən zəif deyil. “Kayrat” da bildiyimiz kimi Çemponlar Ligasında çox gözəl başlamışdı və İsrail çempionunu məğlub edib. Həmçinin kluba təyin olunan yeni baş məşqçi Qurban Verdiyev də çox gözəl mütəxəssisdir və komanda qurmağı bacarır. Komandanın büdcəsi də yaxşı oyunçuların cəlb edilməsi üçün imkan yaradır. Ona görə o da asan rəqib sayılmaz. “Qarabağ” demək olar ki, bu komandalarla öz meydanında keçirəcəyi oyunları qələbə ilə başa vura bilər.

Həmçinin səfərdəki qarşılaşmada da həm “Kayrat”la, həm də “Omoniya” ilə yaxşı nəticə əldə etməyə ümid edə bilərik.

Mənim fikrimcə, “Qarabağ” bu qrupdan birinci olmasa da ikinci yerlə çıxmağa iddia edəcək. Ancaq “Kayrat” özü də ikinci yer üçün mübarizə aparmağa cəhd edəcək. Düşünürəm ki, burada əsas mübarizə “Qarabağ”, “Bazel” və “Kayrat” arasında gedəcək. Mən üç komandanın şansını eyni hesab edirəm.  Ancaq “Omoniya”nı da nəzərdən çıxarmaq olmaz”. 

Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da gerçəkləşəcək.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Atasının sözləri Güneli ağlatdı - VİDEO

Atasının sözləri Güneli ağlatdı - VİDEO

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

"Çelsi"nin kapitanı əməliyyat olundu

"Çelsi"nin kapitanı əməliyyat olundu

End of content

No more pages to load

RADİO