“Real Madrid”in rəhbərliyi PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappenin təqdimatı üçün hazırlıqlara başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Marca nəşri yayıb.
Mənbə yazır ki, 22 yaşlı futbolçu artıq Fransa klubunun futbolçuları ilə vidalaşıb.
Daha əvvəl PSJ-nin Mbappeni 170 milyon avroya satdığı məlum olub. Onun hazırkı müqaviləsi 30 iyun 2022-ci ilə qədər qüvvədədir.
Bizim.Media