Mahir Emreli: "Öz-özümə dedim ki, bu matçda qol vuracağam" - FOTO

“Hələ Praqadakı matçdan sonra demişdim ki, bizi Varşavada daha da çətin matç gözləyir və həqiqətən belə oldu. Gözəl şeylər nə qədər gözəl olsa da, onları əldə etmək bir o qədər çətindir. Azarkeşlərimizi və bütün Varşavanı təbrik edirik. İndi qrup mərhələsində çıxışımızı gözləyirik”.

Bizim.Media xəər verir ki, bunu millimizin və Polşanın “Leqiya” klubunun futbolçusu Mahir Emreli deyib.

Mahir dünən UEFA Avropa Liqasının pley-off mərhələsində Çexiya çempionu “Slaviya” üzərində 2:1 hesablı qələbədə əsas pay sahibi olub. O, 59 və 70-ci dəqiqələrdə iki qol vuraraq məğlub durumda olan komandasına qələbə qazandırıb. Bu qələbə sayəsində Polşa çempionu “Leqiya” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

Varşava klubunun TV əməkdaşı Mahirə avrokuboklarda beşinci qolunu vurduğunu bu formada xatırladıb:

“Leqiya”ya gələndə əksəriyyət sizin az qol vuracağını deyirdi. Amma siz artıq avrokuboklarda qollar vurmaqla onları səhv çıxarırsınız”.

Futbolçumuzun cavabı belə olub:

“Nə deyim, insanlar istədiklərini deyə bilər. Polşa çempionatında qol vuracağımı söyləmişdim, amma avrokuboklarda yox. Mənim üçün ən önəmlisi UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımızdır. Qolları kim vurmasının önəmi yoxdur. Bu həqiqətən belədir. Əsas diqqətim komanda üçün çalışmaq idi. Bu hamımızın uğurudur”.

Hesabda geri düşdüyümüz üçün fasilədə bizə çətin idi. Əvvəlcə sakitləşməyə çalışırdım. Dedik ki, qol vurmağa cəmi 45 dəqiqə vaxtımız var. İkinci hissə başlamazdan əvvəl öz-özümə dedim: bu matçda qol vuracağam. Niyə bilmirəm, ancaq hiss etdim, özümə güvənməyə qərar verdim və bu alındı.

İlk qoldan sonra öz-özümə düşündüm ki, indi dayanmamalıyıq. Rəqibə təzyiq etməliydik. Bütün komanda bunun üçün inanılmaz dərəcədə çalışdı və ikinci qolu vurmağı bacardıq.

Meydandan çıxanda başım qarışdı. Bizə təzyiq etdilər və bunu meydançanın kənarından görmək daha çətindir”, – deyə Mahir qeyd edib.

Qeyd edək ki, bu görüşdə Mahir Emreli 80 dəqiqə oynayıb. O, yerini 20 yaşlı albaniyalı hücumçu Ernest Muçiyə verib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyi virusuna YOLUXDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə baş çəkməyib

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

Sarı və qırmızı vərəqələrin elektron əvəzi hazırlandı - Problem yarandı

“Sakitliyim xəbərsizliyim deyil”

“Sakitliyim xəbərsizliyim deyil”

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Alyona Əliyeva Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində - FOTO

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Füzulinin erməni işğalından azad olunmasından altı il ÖTÜR

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

Fon der Lyayen: “Enerji böhranı Aİ-yə 106 milyard avroya başa gəlib”

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

MOİK və "Karvan Yevlax"dan QƏLƏBƏ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Beynəlxalq koalisiya COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Mağazada yaşadığı hadisə həyatını dəyişdi – 39 kiloqram arıqladı

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Məşhur reper həbsxanada qaydaları pozdu – Cəza müddəti ARTDI - FOTO

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Ukrayna ordusu Rusiyada avtobusu VURDU: Bir nəfər öldü, 10-u yaralandı

Arda Güler daha 5 il "Real"da

Arda Güler daha 5 il "Real"da

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Təhlükəli virus şimala doğru yayılır, 130 nəfər ölüb – Avropada HƏYƏCAN

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Atasının sözləri Güneli ağlatdı - VİDEO

Atasının sözləri Güneli ağlatdı - VİDEO

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

"Çelsi"nin kapitanı əməliyyat olundu

"Çelsi"nin kapitanı əməliyyat olundu

End of content

No more pages to load

RADİO