Bu gün Tokio paralimpiadasının açılış mərasimi olacaq

0:00
0:00

Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Bizim.Media xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XVI olacaq.

Tokio paralimpiadası mövcud vəziyyətlə əlaqədar ilk dəfə azarkeşsiz keçiriləcək.

Yarışda 22 idman növü üzrə ümumilikdə 4 bin 400 idmançı mübarizə aparacaq. Paralimpiada bu gün keçiriləcək qolbol, üzgüçülük, stolüstü tennis, qılıncoynatma, basketbol, velosiped və reqbi yarışları start götürəcək.

Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazansalar da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Bu səbəbdən komandanın bayraqdarı da dəyişdirilib.
 

Qasımovla yaxın təmasda olduğu üçün karantinə alınan digər paracüdoçu İlham Zəkiyevi para-atlet Oloxan Musayev əvəzləyib.


Beləliklə, ölkəni Oyunlarda 35 idmançı təmsil edəcək. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Yarışda Azərbaycan təmsilçiləri arasında ən tez (26 avqust) pauerliftinqçi Pərvin Məmmədov (49 kq) mübarizəyə başlayacaq.

Para-üzgüçü Roman Saley dörd növdə, güllə atıcısı Yelena Taranova isə üç növdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Sarı Aşığın “Gül dəftəri” kitabının IV nəşri təqdim olundu – FOTO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

Banqkokda pabda yanğın: Ölənlərin sayı 27-yə çatdı – VİDEO

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İraqli Kobaxidze Kaya Kallasın bəyanatını sərt tənqid etdi

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə BİR ARADA – VİDEO

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Aİ-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı FİKİR AYRILIĞI

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

Tikinti ilə bağlı YENİ QAYDALAR – Mənzillər daha da BAHALAŞACAQ?

“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq - FOTO

“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq - FOTO

NASA-nın rəhbəri Baykonur kosmodromuna gəldi

NASA-nın rəhbəri Baykonur kosmodromuna gəldi

DÇ-2026: Fransa - İspaniya matçını o idarə edəcək

DÇ-2026: Fransa - İspaniya matçını o idarə edəcək

Putin Peskova “Rusiya Qəhrəmanı” adını VERDİ – FOTO

Putin Peskova “Rusiya Qəhrəmanı” adını VERDİ – FOTO

Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO

Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO

Bakıda avtobus sürücüsünün səhvi qəzaya səbəb olacaqdı – VİDEO

Bakıda avtobus sürücüsünün səhvi qəzaya səbəb olacaqdı – VİDEO

İsraildən İrana HÜCUM SİQNALI: "Orduya təlimatlar vermişik"

İsraildən İrana HÜCUM SİQNALI: "Orduya təlimatlar vermişik"

Bazar ertəsi günü xoş xəbər alacaq 5 BÜRC

Bazar ertəsi günü xoş xəbər alacaq 5 BÜRC

Rusiyanın Ukraynada məhv etdiyi mülki obyektlərin kadrları – FOTO/VİDEO

Rusiyanın Ukraynada məhv etdiyi mülki obyektlərin kadrları – FOTO/VİDEO

Azərbaycanda tələbə vəfat etdi – FOTO

Azərbaycanda tələbə vəfat etdi – FOTO

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən YADDA QALANLAR – VİDEO

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən YADDA QALANLAR – VİDEO

Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”

Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”

Elektron reseptlə bağlı yeni TƏKLİF

Elektron reseptlə bağlı yeni TƏKLİF

End of content

No more pages to load

RADİO