Argentinalı ulduz futbolçu Lionel Messinin Fransanın PSJ klubunda debüt edəcəyi vaxt bəlli olub.
Bu barədə Bizim.Media “L’Equipe” nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, hücumçunun Paris klubundakı debütü avqustun 29-da baş tutacaq. Belə ki, Fransa çempionatı çərçivəsində PSJ avqustun 29-da “Reyms”in qonağı olacaq.
Xatırladaq ki, 34 yaşlı hücumçu PSJ ilə 2+1 illik müqavilə imzalayıb. Paytaxt klubu çempionatda 3 oyundan sonra 9 xalla liderdir.
Bizim.Media