Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk matçında çempionata heç-heçə ilə başlayan "Zirə" və "Neftçi" komandaları üz-üzə gəliblər. Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarını 4-ə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Zirə" isə 1 xalla 5-ci sırada qalıb.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Keşlə"ni 2:1, "Sumqayıt" isə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.
Bizim.Media