Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı üçüncü sınağında Rusiya yığması ilə qarşılaşıb. Görüş rusiyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığma ilk setdə 16:25, ikinci setdə 17:25, sonuncu setdə isə 13:25 hesabı ilə uduzub.
Qeyd edək ki, bu voleybolçularımızın çempionatda ardıcıl 3-cü məğlubiyyətidir.
Bizim.Media