"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, son ölkə çempionu F qrupunda Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə üz-üzə gəlib. Latviyanın Salaspils şəhərində keçirilə və monteneqrolu hakim Drazen Vukçeviç idarə etdiyi qarşılaşma 4:4 hesabı ilə başa çatıb.
Azərbaycan təmsilçisinin heyətində qolları Xətai Bağırov, Emanuel Rodrigues, Pereyra Qonçalves Dos Santos, və Amir Şojaei vurublar.
Qeyd edək ki, Joze Alesionun baş məşqçisi olduğu komanda ilk görüşdə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib.
Bizim.Media