Azərbaycan paralimpiyaçılarının böyük hissəsi artıq Tokiodadır.
Bu barədə Bizim.Media-ya Milli Paralimpiya Komitəsinin mətbuat katibi Azər Tapdıqov bildirib.
Onun sözlərinə görə, idmançılarımız atletlər kəndində yerləşiblər. Ümumilikdə 6 idman növündə 47 kateqoriyada 36 idmançı iştirak edəcək.
Bayraqdar ikiqat Paralimpiya çempionu İlham Zəkiyev olacaq.
Qeyd edək ki, Tokio Yay Paralimpiaya oyunları 24 avqust - 5 sentyabrda keçiriləcək.
Xatirə, Bizim.Media