Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı hindistanlı Kusum Kusumla qarşılaşıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Əliyeva fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Azərbaycanın digər qadın güləşçisi Birgül Soltanova (62 kq) da bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Luisa Şeel (Almaniya) / İva Geriç (Xorvatiya) cütünün qalibi olacaq.
Qarşılaşma avqustun 20-də gerçəkləşəcək.
Bizim.Media