"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Şotlandiya "Aberdin"i ev oyunlarını keçirdiyi "Pittodri" stadionunu vaksinasiya mərkəzinə çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
Bu gündən arenada peyvəndləmə məntəqəsi fəaliyyət göstərəcək. Bu, ölkədə vaksinasiyanı stimullaşdırmaq və peyvənd olunanların sayını artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, "Qarabağ"la "Aberdin"lə ilk oyununu avqustun 19-da Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.
Bizim.media