Futbol üzrə dünya və Avropa çempionu olan və ən yaxşı bombardirlərdən hesab edilən almaniyalı futbolçu Herd Müller vəfat edib.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Münhenin "Bavariya" klubunun saytı məlumat yayıb.
76 yaşında dünyasını dəyişən idmançının ölüm səbəbi açıqlanmır. 2015-ci ildə futbolçuda altsqeymer xəstəliyi aşkarlanmışdı.
Qeyd edək ki, Herd Müller üç dəfə Avropa kubokunun qalibi olub.
Müller futbol tarixinin ən çox qol vuran oyunçularından biri hesab edilir.
Bizim.Media